"Lester"in baş məşqçisi "Arsenal"a rəhbərlik edə bilər

"Lester"in baş məşqçisi "Arsenal"a rəhbərlik edə bilər İngiltərənin Lester komandasının baş məşqçisi Brendan Rocers Arsenala rəhbərlik edə bilər.
Futbol
30 Noyabr , 2019 12:32
Lesterin baş məşqçisi Arsenala rəhbərlik edə bilər

İngiltərənin "Lester" komandasının baş məşqçisi Brendan Rocers "Arsenal"a rəhbərlik edə bilər.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin kompensasiyasının məbləği 14 milyon funt sterlinqdir.

London təmsilçisinə namizədlər siyahısında İtaliyanın "Napoli" klubunun baş məşqçisi Karlo Ançelotti də var.

Qeyd edək ki, Brendan Rocer İngiltərənin bir neçə klubu ilə yanaşı Şotlandiyanın "Seltik" komandasında da çalışıb. "Lester" hazırda şimali irlandiyalı məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında 29 xalla ikinci pillədə qərarlaşıb. "Arsenal" uğursuz çıxışlara görə ötən gün Unay Emerini istefaya göndərib.

Son xəbərlər

Orphus sistemi