"Lester" Çempionlar Liqasında tarixi uğura imza atıb

"Lester" Çempionlar Liqasında tarixi uğura imza atıb Komanda turnirin ilk dörd oyununda qapısını toxunulmaz saxlayıb
Futbol
3 Noyabr , 2016 02:50
Lester Çempionlar Liqasında tarixi uğura imza atıb

Bakı. 3 noyabr. REPORT.AZ/ İngiltərənin "Lester" klubu Çempionlar Liqasının ilk dörd oyununda qapısını toxunulmaz saxlamaqla turnirin tarixinə düşüb.

"Report" xəbər verir ki, bu gün Klaudio Ranyerinin yetirmələri "Kopenhagen" (Danimarka) ilə qolsuz heç-heçə edərək yarışın "play-off" mərhələsinə də vəsiqəni özünə təmin edib.

Bunadək komanda ardarda "Brügge" (3:0), "Porto" (1:0) və "Kopenhagen"ə (1:0) quru hesabla qalib gəlib.

Xatırladaq ki, "Lester" ötən mövsüm tarixində ilk dəfə İngiltərə çempionatının qalibi olaraq ÇL-da oynamaq hüququ qazanıb.

İngiltərə klubu bunadək turnirdə ardıcıl üç oyun qol buraxmamaqla "Milan" (1992/93), PSJ (1994/95), "Yuventus" (1995/96) və "Malaqa" (2012/13) ilə bir sırada idi.

Son xəbərlər

Orphus sistemi