Leonid Slutski İngiltərə komandasının baş məşqçisi təyin olunub

Leonid Slutski İngiltərə komandasının baş məşqçisi təyin olunub 46 yaşlı mütəxəssis “Hall Siti”yə rəhbərlik edəcək
Futbol
9 İyun , 2017 21:09
Leonid Slutski İngiltərə komandasının baş məşqçisi təyin olunub

Bakı. 9 iyun. REPORT.AZ/ İngiltərənin “Hall Siti” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2017/2018 mövsümündə Çempionşipdə mübarizə aracaq “pələnglər” rusiyalı Leonid Slutskiyə həvalə olunub.

46 yaşlı mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, 2009-2016-cı illərdə Moskvanın ÇSKA komandasına rəhbərlik edən Leonid Slutski bu müddət ərzində üçqat Rusiya çempionu, həmçinin ölkə kubokunun və ölkə superkubokunun ikiqat qalibi olub. Rusiya milli komandası 2016-ci ildə keçirilən Avropa çempionatında onun rəhbərliyi altında çıxış edib.

2016/2017 mövsümündə İngiltərə Premyer Liqasını 18-ci pillədə tamamlayan “Hall Siti” Çempionşipə yuvarlanıb.

Son xəbərlər

Orphus sistemi