Leonid Slutski Hollandiya klubunun baş məşqçisi olacaq

Leonid Slutski Hollandiya klubunun baş məşqçisi olacaq Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın “Vitess” klubuna rəhbərlik edəcək.
Futbol
9 Mart , 2018 13:47
Leonid Slutski Hollandiya klubunun baş məşqçisi olacaq

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın “Vitess” klubuna rəhbərlik edəcək.

“Report” “De Telegraaf”a istinadən xəbər verir ki, artıq 47 yaşlı mütəxəssislə müqavilənin detalları razılaşdırılıb.

Məlumatı klubun texniki direktoru Mark van Hintum da təsdiqləyib. L.Slutski cari mövsüm başa çatdıqdan sonra “Vitess”in sükanı arxasına keçəcək. O, Hollandiyada işləyəcək ilk rusiyalı məşqçi olacaq.

Qeyd edək ki, Erediziyada çıxış edən “Vitess” 26 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın hazırki baş məşqçisi Henk Freyzer cari mövsüm başa çatandan sonra postunu tərk edəcək. Son iş yeri İngiltərə “Hall Siti”si olan Slutski karyerası ərzində Rusiyanın müxtəlif komandalarına, o cümlədən Moskva MOİK-inə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi