Lənkəran klubu futbol üzrə Həvəskarlar Liqasının qalibi olub

Lənkəran klubu futbol üzrə Həvəskarlar Liqasının qalibi olub AFFA-nın, Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən həvəskarlar Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub.
Futbol
6 İyul , 2019 09:17
Lənkəran klubu futbol üzrə Həvəskarlar Liqasının qalibi olub

AFFA-nın, Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən həvəskarlar Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub.

“Report” xəbər verir ki, “ASK Arena”da keçirilmiş final oyununda Lənkəranın “Liman” və Bakının “Balaxanı” komandaları qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan “Liman” ölkə birinciliyinin qalibi olub. Bürünc medallar isə yarımfinal oyunlarında məğlub olmuş paytaxtın “Gənclik” İK və “Mübariz” komandalarına təqdim edilib.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, birinciliyin qalibinə isə kubok təqdim olunub.

Son xəbərlər

Orphus sistemi