​Latviyada danışılmış oyunlara görə cinayət cəzası tətbiq olunub

​Latviyada danışılmış oyunlara görə cinayət cəzası tətbiq olunub Danışılmış oyun təşkilatçıları üçün 1 ilədək həbs cəzası nəzərdə tutulur
Futbol
29 Yanvar , 2016 04:01
​Latviyada danışılmış oyunlara görə cinayət cəzası tətbiq olunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Latviyanın Cinayət Məcəlləsinə idman yarışlarının nəticələrini manipulyasiya etməyə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan düzəlişlər edilib.

"Report" xəbər verir ki, ölkə parlamenti 28 yanvar 2016-cı il tarixində idman haqqında qanuna, həmçinin ölkənin Cinayət Məcəlləsinə düzəlişləri təsdiq edib.

Seymin mətbuat xidmətinin məlumatına görə, indi danışılmış oyun təşkilatçıları üçün 1 il müddətinədək həbs cəzası nəzərdə tutulur.

Düzəlişlər 1 mart 2016-cı il tarixindən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi