Yuxarı

Latviya yığmasının baş məşqçisi: "Azərbaycan millisinin yaxşı komanda olduğunu bilirik"

Latviya yığmasının baş məşqçisi: "Azərbaycan millisinin yaxşı komanda olduğunu bilirik"
Azərbaycan kimi favorit sayılan rəqibləri məğlub etmək üçün hər şeyimiz var

Bakı. 9 iyun. REPORT.AZ/ “Azərbaycan millisinin yaxşı komanda olduğunu bilirik”.

“Report”un məlumatına görə, bunu Latviya yığmasının baş məşqçisi Miksu Paatelaynen bu gün Riqada Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, məqsədləri qalib gəlməkdir: “Bərabər səviyyəli matçın olacağını düşünürəm”.

Latviya millisinin futbolçusu Vitali Reçitski isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivə qalib gələ biləcək potensiala sahib olduqlarını söyləyib. Vətənində "Ventspils"in formasını geyinən 32 yaşlı yarımmüdafiəçi futbol oynamağı bacardıqlarını deyib: “Özümüzə daha çox inanmalıyıq. Latviya yığmasında istedadlı oyunçuların olduğunu düşünürəm. Azərbaycan kimi favorit sayılan rəqibləri məğlub etmək üçün hər şeyimiz var. Onlar da bizim kimi insandırlar. Baş məşqçimiz deyir ki, vəziyyəti dəyişməliyik. Çünki futbol oynamağı bacarırıq”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi