“Latsio” İtaliya superkubokunun qalibi olub

“Latsio” İtaliya superkubokunun qalibi olub Romalılar superkubok görüşündə ölkə çempionu “Yuventus”u məğlub ediblər
Futbol
14 Avqust , 2017 00:49
“Latsio” İtaliya superkubokunun qalibi olub

Bakı. 14 avqust. REPORT.AZ/ Romanın “Latsio” klubu 2016/2017-ci illər mövsümündə İtaliya superkubokunun qalibi olub.

“Report” xəbər verir ki, İtaliya kubokunun qalibi kimi çıxış edən romalılar superkubok görüşündə ölkə çempionu “Yuventus”u 3:2 hesabı ilə məğlub ediblər.

Oyunda hesabı 32-ci dəqiqədə “Latsio”nun hücumçusu İmmobile açıb. O penalti zərbəsi ilə Buffonu məyus edib.

İkinci hissədə, 54-cü dəqiqədə İmmobile özünün və komandasının 2-ci qolunu vurub.

“Yuventus” oyunda dönüş yaratmağı bacarıb. Turinlilərin heyətində oyunun son 5 dəqiqəsində Paolo Dibala 2 dəfə fərqlənələrək hesabı bərabərləşdirib.

Lakin oyuna əlavə olunmuş dəqiqələrdə “Latsio”lu Murgia “Yuventus”a qol vuraraq komandasına superkubok qazandırıb.

Son xəbərlər

Orphus sistemi