"Latsio" İtaliya Kubokunun finalına çıxıb

"Latsio" İtaliya Kubokunun finalına çıxıb Komanda "Roma"nı mübarizədən kənarlaşdırıb
Futbol
5 Aprel , 2017 02:29
Latsio İtaliya Kubokunun finalına çıxıb

Bakı. 5 aprel. REPORT.AZ/ İtaliyanın "Latsio" klubu futbol üzrə ölkə kubokunun final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, yarımfinal oyununun cavab matçında səfərdə "Roma"nın qonağı olan komanda 2:3 hesabı ilə uduzsa da, iki matçın nəticəsinə görə turnirin finalına çıxa bilib.

Qalib komandanın heyətində Stefan əl-Şaaravi (43-cü dəqiqə) və Məhəmməd Salah (66, 90) fərqlənib. Qonaqların qollarını Sergey Milinkoviç-Saviç (37) və Çiro İmmobile (56) vurub.

Komandalar arasında ilk oyun "Latsio"nun 2:0 hesablı qələbəsi ilə bitib.

Roma komandası turnirin iyunun 2-də keçiriləcək final matçında "Napoli" – "Yuventus" cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi