"Latsio" İtaliya çempionatının oyunlarını boykot edə bilər

"Latsio" İtaliya çempionatının oyunlarını boykot edə bilər Rəhbərlik hakimlikdən narazılıq səbəbindən belə bir addım atmaq niyyətindədir
Futbol
12 Dekabr , 2017 22:47
Latsio İtaliya çempionatının oyunlarını boykot edə bilər

Bakı. 12 dekabr. REPORT.AZ/ "Latsio" futbol klubunun rəhbərliyi hakimlikdən narazılıq səbəbindən İtaliya A Seriyasının oyunlarını boykot etməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə "Premium Sport" nəşrinə istinadən "Football Italia" yazıb.

"Qartallar"ın sahibi Klaudio Lotito hesab edir ki, onun komandasına qarşı planlaşdırılmış şəkildə kampaniya aparılır və bu, romalıların mövsümü dördüncü pillədə başa vurmasına mane olmağa yönəlib.

"Latsio" ötən gün İtaliya A Seriyasının 16-cı turu çərçivəsində "Torino" ilə keçirilən matçın yarısını on nəfərlə oynayıb. Bundan əlavə, hakim romalıların xeyrinə penalti təyin etməyib və matç turinlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Latsio" İtaliya çempionatında 15 oyundan sonra 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi