​Lansda İngiltərə-Uels matçı zamanı 6 nəfər saxlanılıb

​Lansda İngiltərə-Uels matçı zamanı 6 nəfər saxlanılıb Onlardan bəziləri polisə pirotexnika məmulatı atıb
Futbol
17 İyun , 2016 04:57
​Lansda İngiltərə-Uels matçı zamanı 6 nəfər saxlanılıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cümə axşamı Fransanın Lans şəhərində İngiltərə və Uels yığmaları arasında keçirilən Avropa çempionatı oyunu zamanı müxtəlif qanun pozuntularına görə 6 nəfər yerli polis tərəfindən saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Nor departamenti perfektrasının məlumatında bildirilir.

"Oyun günü iki insident qeydə alınıb: şəhər küçələrindən birində polisə pirotexnika məmulatı atılıb, fan-zonada isə oyundan əvvəl mühafizə xidməti əməkdaşına hücum olub. Bu işdə təqsirkar olan ümumilikdə 6 nəfər saxlanılıb və müvəqqəti həbs olunub", - deyə prefekturadan qeyd olunub.

İki komanda arasında qarşılaşma İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi