"Laçi"nin baş məşqçisi: "İnter"lə oyun asan olmayacaq

"Laçi"nin baş məşqçisi: "İnter"lə oyun asan olmayacaq "İnanırıq ki, növbəti mərhələyə vəsiqə qazanacağıq"
Futbol
8 İyul , 2015 21:38
Laçinin baş məşqçisi: İnterlə oyun asan olmayacaq

Bakı. 8 İyul. REPORT.AZ/ " "İnter"lə oyun bizim üçün asan olmayacaq. Mərhələ keçmək istəyirik və inanırıq ki, buna nail olacağıq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Cunqu deyib.

Komandanın bir üzvünün Bakıya gətirilməməsindən danışan mütəxəssis cavab görüşünə yaxşı hazırlaşdıqlarını bildirib:

"Albaniyadakı oyunda göstərdik ki, yaxşı çıxış etdik. Daimi hücumlar etməyimizə baxmayaraq, rəqib bir səhfimizdən yararlandı və qol vurdu. Futbol 90 dəqiqədir. İnanırıq ki, növbəti mərhələyə vəsiqə qazanacağıq".

Qeyd edək ki, Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi