La Liqanın oyunu Mayamidə keçiriləcək

La Liqanın oyunu Mayamidə keçiriləcək Futbol üzrə İspaniya çempionatının oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.
Futbol
17 Oktyabr , 2019 13:40
La Liqanın oyunu Mayamidə keçiriləcək

Futbol üzrə İspaniya çempionatının oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.

“Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, söhbət La Liqanın XVI turu çərçivəsində baş tutacaq “Vilyarreal” – “Atletiko” matçından gedir. Bildirilir ki, hər iki klub görüşün 65 min tamaşaçı tutumuna malik “Hard Rok” stadionunda reallaşmasına razılıq verib.

Qeyd edək ki, ötən mövsüm La Liqa rəhbərliyi “Barselona” - “Jirona” oyununu da ABŞ-da təşkil etmək istəyib. Lakin müxtəlif səbəblərdən bu, gerçəkləşməyib. 

Son xəbərlər

Orphus sistemi