Yuxarı

La Liqanın autsayderi baş məşqçisi ilə yollarını ayırıb

La Liqanın autsayderi baş məşqçisi ilə yollarını ayırıb

İspaniyanın "Leqanes" komandasının baş məşqçisi Maurisio Pelleqrino istefaya göndərilib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 48 yaşlı argentinalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Pelleqrinonun köməkçiləri də onunla birlikdə klubu tərk edib. "Leqanes"ə hələ ki, ikinci komandasının məşqçiləri rəhbərlik edəcək.

Qeyd edək ki, Maurisio Pelleqrino 2018-ci ildən İspaniya təmsilçisinə rəhbərlik edib. Komanda hazırda La Liqada 9 turdan sonra 2 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi