Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə İspaniya La Liqasında 15-ci tura yekun vurulub.
"Report" xəbər verir ki, turun son oyununda "Vilyarreal" doğma meydanda "Atletiko Madrid"i qəbul edib.
Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Manuel Triqeros (28-ci dəqiqə), Xonatan dos Santos (38) və Roberto Soriano (90) fərqlənib.
"Vilyarreal" bu qələbə sayəsində "Atletiko"nu geridə qoyub və 26 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Madrid klubu 6-cı yerdədir (25 xal).