İspaniya klubları üçün xüsusi məşq proqramı hazırlandı

İspaniya klubları üçün xüsusi məşq proqramı hazırlandı İspaniya La Liqasının rəhbərliyi çempionat bərpa olunacağı halda, klublar üçün məşq planı hazırlayıb.
Futbol
2 Aprel , 2020 09:31
İspaniya klubları üçün xüsusi məşq proqramı hazırlandı

İspaniya La Liqasının rəhbərliyi çempionat bərpa olunacağı halda, klublar üçün məşq planı hazırlayıb.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, 4 mərhələdən ibarət hazırlıq proqramı 15 gün davam edəcək.

Komandalar əvvəlcə məşq prosesinə hazırlaşmalıdırlar. Ardınca futbolçular fərdi hazırlıqlara başlayacaqlar. Daha sonra oyunçuları hərəsində 8 nəfər olmaqla 3 qrup şəklində məşqlər gözləyir. Ən sonda isə onlar komanda şəklində hazırlaşa biləcəklər.

Çempionatın bərpasına 3 gün qalmış bütün futbolçular, klubların əməkdaşları və onların qohumları koronavirus testindən keçiriləcəklər.

Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də dayandırılıb.

Son xəbərlər

Orphus sistemi