La Liqa komandasına yeni baş məşqçi təyin olunub

La Liqa komandasına yeni baş məşqçi təyin olunub Bakı. 5 dekabr. REPORT.AZ/ İspaniya La Liqasında çıxış edən Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
5 Dekabr , 2018 10:40
La Liqa komandasına yeni baş məşqçi təyin olunub
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ İspaniya La Liqasında çıxış edən "Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Arits Solabarrietaya həvalə olunub. 35 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə istefaya göndərilmiş Eduardo Beritsonu əvəzləyib.

Klub dekabrın 4-də Qaiska Qaritanonu baş məşqçi postuna təyin etsə də, sonradan fərqli qərar qəbul olunub.

"Atletik” La Liqada geridə qalan 14 turdan sonra 11 xal toplayıb və düşmə zonasında – 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Arits Solabarrieta bunadək "Atletik”in gənclərdən ibarət komandasına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi