La Liqa: “Barselona” və “Real” (Madrid) meydanı qələbə ilə tərk etdilər

La Liqa: “Barselona” və “Real” (Madrid) meydanı qələbə ilə tərk etdilər İki turdan sonra “Barselona” 6, “Real” (Madrid) isə 4 xal toplayıb
Futbol
30 Avqust , 2015 06:06
La Liqa: “Barselona” və “Real” (Madrid)  meydanı qələbə ilə tərk etdilər

Bakı. 30 avqust. REPORT.AZ/ İspaniya futbol çempionatında ikinci turun oyunları keçirilir. Bu turda La Liqanın favoritləri - “Barcelona” və “Real” (Madrid) klubları meydançanı qələbə ilə tərk ediblər.

Kataloniyalılar öz meydanında “Malaqa” klubunu minimal hesabla məğlubiyyətə uğradıblar – 1:0. Madridlilər isə Santyaqo Bernabeuda “Real” (Betis) komandasını darmadağın ediblər - 5:0.

İki turdan sonra “Barcelona” 6, “Real” (Madrid) isə 4 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi