Yuxarı

​"La Gazzetta dello Sport": "Yuventus" Gündoğan üçün 30 milyon avro təklif edib

Keçid qış transfer pəncərəsində baş tutmaya bilər

Bakı. 26 dekabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu Almaniya "Borussiya"sının (Dortmund) formasını geyinən İlkay Gündoğan üçün 30 milyon avro təklif edib. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında danışıqlar olub.

Lakin keçid qış transfer pəncərəsində baş tutmaya bilər. Buna səbəb Dortmund klubunun baş məşqçisi Tomas Tuxelin mövsüm sonuna qədər futbolçunu itirmək istəməməsidir.

Böyük ehtimalla Gündoğanın İtaliya klubuna keçidi yay transferin pəncərəsində reallaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi