Yuxarı

"Qarabağ"ın futbolçusu badminton turnirinin qalibi olub

Kuba Polşada badminton turnirinin qalibi oldu
O, Kolleksiyam üçün daha bir kubok yazıb
© Qarabagh

Bakı. 4 yanvar. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak vətəni Polşada badminton turnirinə qatılıb.

"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi ölkədaxili yarışın qalibi olub. Fəxri kürsüdəki fotosunu sosial şəbəkədəki hesabından paylaşan Jezniçak "Kolleksiyam üçün daha bir kubok" yazıb.

Qeyd edək ki, Yakub Jezniçak 2017-ci il iyulun 6-dan "Qarabağ"da çıxış edir. Hazırda istirahətdə olan Ağdam komandası mövsümün ikinci yarısına hazırlıq məqsədilə yanvarın 9-da Türkiyənin Antalya bölgəsində bir araya gələcək.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi