Kristof Daum: "Rumıniya millisi Azərbaycana da uduzur"

Kristof Daum: "Rumıniya millisi Azərbaycana da uduzur" "Bəli, İngiltərə, Almaniya və ya İspaniyaya yox, məhz Azərbaycan millisinə"
Futbol
5 May , 2017 09:45
Kristof Daum: Rumıniya millisi Azərbaycana da uduzur

Buxarest. 5 may. REPORT.AZ/ “Rumıniyada futbolun inkişafı üçün ilk növbədə təhsilə - futbol məktəbi və akademiyalarına sərmayə qoymaq lazımdır".

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu sözləri futbol üzrə Rumıniya millisinin baş məşqçisi Kristof Daum bildirib. Almaniyalı mütəxəssis Rumıniya futbolunun veteranı George Hacının rəhbəri olduğu futbol akademiyasını digər ölkə klubları üçün nümunə göstərib.

“Bu gün bu işlər baş verməsə, gənclər Rumıniyanı tərk edəcək, İngiltərə, İspaniya, İtaliya kimi ölkələrə yollanaraq orada təhsil alacaqlar” deyən K.Daumun sözlərinə görə, Rumıniya futbolunun hazırkı vəziyyətini analiz etmək lazımdır. Çünki ölkə millisi futbolda böyük ənənələrə malik olmayan yığmalara məğlub olur: “Gənclərdən ibarət yığmamız Azərbaycana uduzur. Bəli, İngiltərə, Almaniya və ya İspaniyaya yox, məhz Azərbaycan millisinə. Hətta bu gün eşitdim ki, Lixteynşteynə də məğlub olmuşuq. Məgər Lixteynşteynin futbol oynadığını bilirdiniz? Amma buna baxmayaraq onlara da uduzduq”.

Qeyd edək ki, ötən ilin oktyabrında 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin son oyununda Azərbaycan yığması ev sahibi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi