Kristof Efros: "Biz "Liverpul" deyilik ki, belə hesabdan sonra dönüş edək"

Kristof Efros: "Biz "Liverpul" deyilik ki, belə hesabdan sonra dönüş edək" Çox şey danışmaq olar. Rəqibi təbrik etməklə kifayətlənirəm.
Futbol
18 İyul , 2019 23:15
Kristof Efros: Biz Liverpul deyilik ki, belə hesabdan sonra dönüş edək

"Çox şey danışmaq olar. Rəqibi təbrik etməklə kifayətlənirəm".

"Report"un məlumatına görə, bunları Moldovanın "Sperantsa" komandasının baş məşqçisi Kristof Efros "Neftçi"yə 0:6 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra söyləyib.

27 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda hakimlərin "Neftçi"yə kömək etməsi fikrində qalır:

"Bu gün eyni sözü deyə bilmərəm. Səhvlər etdik. Təəssüf ki, biz "Liverpul" deyilik bu cür hesablardan sonra geridönüş edə bilək".

Baş məşqçi "Klub prezidenti olan atanıza nə hesabat verəcəksiniz?" sualına belə cavab verib:

"Bu bizim daxili problemimizdir. Hesabatı mətbuata yox, prezidentə verəcəyəm. Suallarınız aqressivdir. Sonra da deyirsiniz ki, mən aqressiv danışıram. Elə sözlər deyərəm ki, sizin xoşunuza gələ bilər. İstəyirsinizsə, həyatdan danışaq. Hər bir insan irəli baxır. Sizin maaşınız aşağıdırsa, yüksək olmasına çalışacaqsınız. Ancaq axmağın biri deyər ki, uduzacağam. Mənim kişiliklə bağlı hər bir şeyim qaydasındadır. Azərbaycanın neft satması ilə bağlı sözlərim komplimentdir. Biz də çaxır satırıq. Bunda heç bir problem yoxdur. Oyundan qabaq ancaq pozitiv fikirlər səsləndirdim. Hərçənd xoş olmayan bəzi nüanslar vardı. Amma mən durub "Neftçi" düşərgəsi kimi meydan və ya digər amillərdən danışmayacağam. "Neftçi" qrupa düşsə, qürur duyacağıq".

Son xəbərlər

Orphus sistemi