Kriştianu Ronaldu: "Vaxtilə "Mançester Yunayted"ə yox, "Yuventus"a keçə bilərdim"

Kriştianu Ronaldu: "Vaxtilə "Mançester Yunayted"ə yox, "Yuventus"a keçə bilərdim" "Çox sevinirdim, çünki bu, böyük klub idi"
Futbol
29 Dekabr , 2017 12:41
Kriştianu Ronaldu: Vaxtilə Mançester Yunaytedə yox, Yuventusa keçə bilərdim

Bakı. 29 dekabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldunun vaxtilə İtaliya "Yuventus"una keçmək variantı olub. "Report"un məlumatına görə, bu barədə portuqaliyalı hücumçunun özü Turin komandasının əfsanəvi futbolçusu Alessandro Del Pyeroya müsahibəsində bildirib.

O deyib ki, hələ 17 yaşında Portuqaliyanın "Sportinq" komandasında çıxış etdiyi vaxt onunla çoxlu maraqlanan olub: "Agentim Jorje Mendeş mənim üçün vacib insan kimi daim doğru məsləhətlər verib. Xatırlayıram ki, mənimlə "Yuventus" maraqlanırdı. Çox sevinirdim, çünki bu, böyük klub idi. Həmin vaxt "Real Madrid", "Mançester Yunayted" və digər variantlar var idi. Lakin ən yaxşısı "qırmızı şeytanlar"dan gəldi və mənim İngiltərədə oynamaq arzum həyata keçdi. Karyeramı İtaliyada yox, İngiltərədə davam etdirmək istəyirdim. Nəticədə belə bir imkan yarandı".

Qeyd edək ki, Kriştianu Ronaldu "Mançester Yunayted"ə 2003-cü ildə keçib. O, "Real Madrid"də isə 2009-cu ildən çıxış edir.   

Son xəbərlər

Orphus sistemi