​Kriştianu Ronaldu Rio-2016-da iştirak edə bilər

​Kriştianu Ronaldu Rio-2016-da iştirak edə bilər Bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti məlumat verib
Futbol
30 İyun , 2015 17:31
​Kriştianu Ronaldu Rio-2016-da iştirak edə bilər

Bakı. 30 iyun. REPORT.AZ/ Portuqaliya millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edə bilər. "Report"un məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş açıqlama verib.

O, bildirib ki, Rio-2016-da avqustun 3-dən start götürəcək futbol turnirində yığma komandalar 23 yaşadək futbolçulardan təşkil olunsa da, 3 oyunçuya yaş məhdudiyyəti qoyulmayıb: "Biz bu variantı müzakirə edirik. 23 yaşdan yuxarı 3 futbolçu sifariş edə bilərik. Ronaldu namizədlər siyahısındadır, ancaq onunla hələ heç bir danışıq aparılmayıb".

Son xəbərlər

Orphus sistemi