Kriştianu Ronaldu "Real Madrid"in sabiq futbolçusunun rekordunu təkrarlayıb

Kriştianu Ronaldu "Real Madrid"in sabiq futbolçusunun rekordunu təkrarlayıb Futbolçu penaltidən 56-cı qolunu vurub
Futbol
16 Yanvar , 2017 11:01
Kriştianu Ronaldu Real Madridin sabiq futbolçusunun rekordunu təkrarlayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu rekord təkrarlayıb. "Report"un məumatına görə, bu, La Liqada XVIII turun "Sevilya" ilə səfər qarşılaşmasında qeydə alınıb.

1:2 hesablı məğlubiyyətlə üzləşən Madrid təmsilçisinin portuqaliyalı hücumçusu 67-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Beləliklə, 31 yaşlı futbolçu La Liqada penaltidən 56-cı dəfə fərqlənib.

Bunadək vahid rekordçu 1985 - 1992-ci illərdə "Real Madrid"də çıxış etmiş meksikalı Uqo Sançes olub.

Ronaldu bunu 249 oyuna edibsə, Sançes 347 matçda eyni sayda qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi