Kriştianu Ronaldu özünü Məhəmməd Salahla müqayisə edib

Kriştianu Ronaldu özünü Məhəmməd Salahla müqayisə edib Bakı. 25 may. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının final oyunundan əvvəl özünü İngiltərə Liverpulunun yarımmüdafiəçisi Məhəmməd Salahla müqayisə edib.
Futbol
25 May , 2018 14:50
Kriştianu Ronaldu özünü Məhəmməd Salahla müqayisə edib

Bakı. 25 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının final oyunundan əvvəl özünü İngiltərə "Liverpul"unun yarımmüdafiəçisi Məhəmməd Salahla müqayisə edib.

"Report"un məlumatına görə, 33 yaşlı portuqaliyalı forvard Salahla müqayisədə tam fərqli futbolçu olduğunu vurğulayıb. O, fərqli cəhətlərini də açıqlayıb: "İnsanlar məni digər oyunçularla müqayisə etmək istəyirlər. Amma mən hər kəsdən fərqlənirəm. Salah isə tamamilə fərqlidir. O, sağ cinahda oynayır, mən isə solda. Mən ucaboyam, Salah bir qədər qısadır. Bundan əlavə, mən başla da oynaya bilirəm. Salah məndən fərqlidir. Amma deyə bilərəm ki, o, möhtəşəm mövsüm keçirir".

Qeyd edək ki, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək "Real Madrid" - "Liverpul" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi