​Kriştiano Ronaldo mükafatlandırma mərasimində Mişel Platini ilə əl sıxmaqdan imtina edib

​Kriştiano Ronaldo mükafatlandırma mərasimində Mişel Platini ilə əl sıxmaqdan imtina edib Portuqaliyalı futbolçu medalların təqdimatı zamanı Platininin yanından onunla görüşmədən keçib
Futbol
21 Dekabr , 2014 10:51
​Kriştiano Ronaldo mükafatlandırma mərasimində Mişel Platini ilə əl sıxmaqdan imtina edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Madridin "Real" klubunun hücumçusu Kriştiano Ronaldo Dünya Klub Çempionatının finalında Argentinanın "San-Lorenso" kollektivi üzərində qələbədən (2:0) sonra baş tutan mükafatlandırma mərasimində UEFA prezidenti Mişel Platini ilə əl sıxmayıb.

"Report" xəbər verir ki, portuqaliyalı futbolçu medalların təqdimatı zamanı Platininin yanından onunla görüşmədən keçib.

Bundan əvvəl Mişel Platini bildirmişdi ki, "Qızıl top - 2014" mükafatını Almaniya yığma komandasından olan futbolçu almalıdır. Bu mükafata Kriştiano Ronaldo, "Barselona"nın hücumçusu Lionel Messi və Almaniya millisinin qapıçısı Manuel Noyer namizəddir.

Turnirin ən yaxşı futbolçusu "Real"ın müdafiəçisi Serxio Ramos seçilib.

Son xəbərlər

Orphus sistemi