Kriştianu Ronaldu Məhəmməd Salahın “Qızıl top” mükafatı qazanma şansını dəyərləndirib

Kriştianu Ronaldu Məhəmməd Salahın “Qızıl top” mükafatı qazanma şansını dəyərləndirib "Çoxları yalnız mənimlə Lionel Messinin mübarizə apara biləcəyini deyirlər"
Futbol
14 İyun , 2018 10:59
Kriştianu Ronaldu Məhəmməd Salahın “Qızıl top” mükafatı qazanma şansını dəyərləndirib
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu İngiltərə “Liverpul”unun oyunçusu Məhəmməd Salahın “Qızıl top” mükafatını qazanma şansını dəyərləndirib.

“Report” goal.com saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu misirli forvardın bu mükafat uğrunda mübarizə apara biləcək səviyyədə olduğunu söyləyib. O, deyib ki, Salah 2018-ci ilin əsas kəşflərindən biridir: “Ümid edirəm ki, Çempionlar Liqasının finalında aldığı zədə dünya çempionatı öncəsi onu təslim olmağa məcbur etməz. Çoxları “Qızıl top” uğrunda yalnız mənimlə Lionel Messinin mübarizə apara biləcəyini deyirlər. Lakin mükafata iddialı başqa futbolçular da var. Sözsüz ki, Salah bunlardan biridir”.

Qeyd edək ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatı hər il Avropada ən yaxşı seçilən futbolçuya təqdim olunur. 2017-ci ildə “Qızıl top”u qazanan Kriştianu Ronaldu son 9 ildə 4-cü dəfə bu mükafata sahib çıxıb. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi isə həmin müddətdə 5 dəfə “Qızıl top”a layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi