Kriştianu Ronaldu: "İnsanlar 90 yaşımda da məni xatırlayacaqlar"

Kriştianu Ronaldu: "İnsanlar 90 yaşımda da məni xatırlayacaqlar" "Razıyam ki, oyunum pis alınsın, amma "Real Madrid" qələbə qazansın"
Futbol
2 İyun , 2017 13:22
Kriştianu Ronaldu: İnsanlar 90 yaşımda da məni xatırlayacaqlar

Bakı. 2 iyun. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu futbolsevərlərin yaddaşında uzun müddət qalacağına şübhə etmir. "Report"un məlumatına görə, portuqaliyalı oyunçu qoca vaxtınadək yaşamaq istəyini dilə gətirib.

Ronaldu deyib: "11 yaşımdan anladım ki, başqalarını üstələyirəm. İnsanlar 90 yaşımda da məni xatırlayacaqlar. Futbol tarixinə düşdüyümü bilirəm".

Dünyanın ən yaxşı futbolçusu İtaliya "Yuventus"u ilə keçirəcəkləri Çempionlar Liqasının final matçı barədə də danışıb: "Razıyam ki, oyunum pis alınsın, amma "Real Madrid" qələbə qazansın. "Yuventus" əla komandadır, amma "Real Madrid" güclüdür. Biz bunu sübuta yetirmək fikrindəyik".

Qeyd edək ki, final oyunu iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi