Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı seçilib

Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı seçilib 32 yaşlı hücumçu 26 beynəlxalq informasiya agentliyi arasındakı sorğuda birinci yeri tutub
Futbol
28 Dekabr , 2017 23:22
Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı seçilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı sayılıb.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu 26 beynəlxalq informasiya agentliyi arasındakı sorğuda birinci yeri tutub.

Ronaldu "Formula-1" üzrə dünya çempionu Lüis Hemiltonla tennisçi Roje Federer və Rafael Nadalı üstələyib. Polşanın PAP agentliyinin 1958-ci ildən təqdim etdiyi mükafatı o, ardıcıl ikinci dəfə qazanıb.

Kriştianu Ronaldu 2017-ci ildə "Real Madrid"in heyətində İspaniya La Liqasının, Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, UEFA və İspaniya Super Kubokunun qalibi olub. Portuqaliya millisi ilə isə o, 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi