Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb - VİDEO

Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb - VİDEO Futbolçu onları əsl qəhrəman adlandırıb
Futbol
23 Dekabr , 2016 21:41
Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb - VİDEO

Bakı. 23 dekabr. REPORT.AZ/ Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Suriyadakı uşaqlara videomüraciət ünvanlayıb və onları əsl qəhrəman adlandırıb.

"Report" xəbər verir ki, "Qızıl top"un sahibi suriyalı uşaqları, həmçinin əmin edib ki, bütün dünya onları dəstəkləyir.

"Salam, bu, Suriyadakı uşaqlar üçündür. Biz bilirik ki, siz çox əziyyət çəkirsiniz. Mən çox məşhur futbolçuyam, amma məhz siz əsl qəhrəmansınız. Ümidinizi itirməyin, bütün dünya sizinlədir. Biz sizə görə narahatıq. Mən sizinləyəm", - deyə futbolçu bildirib.

Son xəbərlər

Orphus sistemi