Yuxarı

​Kriştiano Ronaldo: "Düşünürəm ki, "Qızıl top"u Messi qazanacaq"

Futbolçu argentinalıya qarşı bəslədiyi münasibətdən danışıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Portuqaliya yığması və "Real" klubunun futbolçusu Kriştiano Ronaldo hesab edir ki, "Barselona"nın oyunçusu Lionel Messi ilin sonunda "Qızıl top"a sahib çıxacaq.

"Report" xəbər verir ki, futbolçu bunu İTV telekanalına müsahibəsi zamanı bildirib və argentinalıya qarşı bəslədiyi münasibətdən danışıb.

"Düzünü desəm, düşünürəm ki, bu il "Qızıl top"u Messi qazanacaq, çünki qalib səsvermənin yekunlarına görə müəyyənləşir. Aydın məsələdir ki, Çempionlar Liqası və Premyeranı qazandıqda, sənin şansların daha yüksək olur. Fikrimcə, mən karyeramın ən yaxşı mövsümünü keçirdim, Avropanın ən yaxşı qoleadoru oldum, lakin hər şey səslərdən asılıdır. Mənim üçün qalib glmək çətin olacaq, düzünü desəm, bu məni o qədər də narahat etmir, çünki dəfələrlə dediyim kimi, heç zaman düşünməmişdim ki, mənə bu mükafatı üç dəfə qazanmaq nəsib olacaq.

Messi ilə rəqabət? Mən heç kimlə rəqabət aparmıram. Mənim hamı ilə normal münasibətim var. Biz Lionel ilə səkkiz il FİFA-nın səhnəsini bölüşmüşük. Biz bir-birini yaxşı başa düşürük. O bir klubun, mən isə digərinin şərəfini qoruyuram. O xeyli sayda qələbə qazanıb, mən də həmçinin. Deyə bilmərəm ki, biz yaxın dostuq, lakin bir-birimizə hörmət edirik", — deyə Ronaldo bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi