Kriştian Ronaldu "Yuventus"da rekorda imza atıb

Kriştian Ronaldu "Yuventus"da rekorda imza atıb Bakı. 26 noyabr. REPORT.AZ/ Yuventus futbol klubunun portuqaliyalı hücumçusu Kriştian Ronaldu rekord göstəriciyə nail olub.
Futbol
26 Noyabr , 2018 02:49
Kriştian Ronaldu Yuventusda rekorda imza atıb

Bakı. 26 noyabr. REPORT.AZ/ "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştian Ronaldu rekord göstəriciyə nail olub.

Bu barədə "Report" "Çempionat"a istinadən xəbər verir.

Məlumata görə, futbolçu ilk 16 matçda 10 qol vurub. Bildirilir ki, daha əvvəl "Yuventus"un heyətində heç bir futbolçu bu qədər qısa müddətdə rəqib qapısından 10 top keçirməyib.

Qeyd edək ki, "Yuventus"un hücumçusu futbol tarixində də yeni rekorda imza atıb. Futbolçu bu ilkə Avropanın güclülərdən ibarət 5 çempionatında 400 qol vurmaqla nail olub. O, Madridin "Real" klubunda da 311 dəfə fərqlənib.

Son xəbərlər

Orphus sistemi