Kreyq Şekspir İngiltərə Premyer Liqasının tarixinə düşüb

Kreyq Şekspir İngiltərə Premyer Liqasının tarixinə düşüb O, turnirdə karyerasına 5 ardıcıl qələbə ilə başlayan üçüncü məşqçi olub
Futbol
5 Aprel , 2017 03:53
Kreyq Şekspir İngiltərə Premyer Liqasının tarixinə düşüb

Bakı. 5 aprel. REPORT.AZ/ "Lester Siti" futbol üzrə İngiltərə çempionatının 31-ci tur matçında "Sanderlend" üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, Lester şəhərinin "Kinq Pauer - Uolkers" stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

Beləliklə, "Lester" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanıb. Onların hamısı baş məşqçi Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra qazanılıb. Komandanın məşqçisi Kreyq Şekspir Premyer Liqa tarixində turnirdə karyerasına ardıcıl 5 qələbə ilə başlayan üçüncü məşqçi olub.

2009-cu ildə bu nailiyyəti Karlo Ançelotti ("Çelsi"), 2016-cı ildə isə Xosep Qvardiola ("Mançester Siti") qazanıb.

Son xəbərlər

Orphus sistemi