Kosovolu futbolçu: "Bizi Azərbaycanla çətin oyun gözləyir"

Kosovolu futbolçu: "Bizi Azərbaycanla çətin oyun gözləyir" Bakı. 14 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qrup mərhələsində son iki oyununu Malta və Azərbaycan millilərinə qarşı keçirəcək Kosovo yığması ikinci məşqinə çıxıb.
Futbol
14 Noyabr , 2018 10:39
Kosovolu futbolçu: Bizi Azərbaycanla çətin oyun gözləyir

Bakı. 14 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qrup mərhələsində son iki oyununu Malta və Azərbaycan millilərinə qarşı keçirəcək Kosovo yığması ikinci məşqinə çıxıb.

“Report”un Kosovo Futbol Federasiyasının (FFK) rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt Priştinadakı “Fadil Vokkri” stadionunda baş tutan hazırlıq prosesinə bütün futbolçular qatılıb. Mikro-zədələri olan Herolind Şala və Mergim Voyvoda fərdi məşq ediblər.

FFK-nın prezidenti Agim Ademinin də izlədiyi hazırlıq prosesindən sonra komandanın iki futbolçusu fikirlərini bölüşüb. İtaliyanın “Latsio” klubunun formasını geyinən yarımmüdafiəçi Valyon Berişa onları qarşıda iki çətin oyunun gözlədiyini deyib: “Çox yaxşı futbolçularımız var. Lakin bizi qarşıda iki çətin oyun gözləyir. Xüsusən də Maltaya qarşı. Bizim mentalitetdən çox şey asılıdır. Özümüzü yüz faiz işə versək məqsədimizə çatacağıq. Keyfiyyətli komandaya malikik”.

Kosovo millisinə ilk dəfə dəvət alan İsveçrənin "Lütsern" klubunun hücumçusu Şkelkim Demhasay özünü xoşbəxt hiss etdiyini bildirib: “Federasiyadan dəvət gəldi və dərhal yola düşdüm. Burada çox yaxşı qarşılandım. Kosovo yığmasının bir parçası olduğum üçün xoşbəxtəm. İndi komanda üçün vacib məsələ yaxşı hazırlaşmaq və meydana hansı futbolçuların çıxmasından asılı olmayaraq, 6 xal qazanmaqdır. Kosovonun bütün oyunlarını izləmişəm. Uşaqlar çox yaxşı çıxış edirdilər”.

Kosovo yığmasının noyabrın 12-də k baş tutan ilk məşqində 12 futbolçu iştirak edib. Hazırlıq prosesinə ötən bazar klublarında meydana çıxan oyunçular qatılmayıblar.

Qeyd edək ki, D Liqasında 8 xalla 3-cü qrupun lideri olan Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq və bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək. Şənbə günü Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 6 xalla 2-ci sıradadır. Farer adalarının 4, Maltanın isə 2 xalı var.

Son xəbərlər

Orphus sistemi