Kosovo millisi Azərbaycanla oyunda legionerlərindən yararlanmayacaq

Kosovo millisi Azərbaycanla oyunda legionerlərindən yararlanmayacaq Yerli çempionatdakı oyunçulara dəvət göndəriləcək
Futbol
15 Yanvar , 2018 11:00
Kosovo millisi Azərbaycanla oyunda legionerlərindən yararlanmayacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Kosovo yığması Azərbaycan milli komandası ilə keçirəcəyi yoldaşlıq görüşündə legioner futbolçularının xidmətindən yararlanmayacaq.

"Report"un Kosovo Futbol Federasiyasının (FFK) rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də Türkiyənin Antalya bölgəsində təşkil olunacaq qarşılaşma üçün yerli çempionatdakı oyunçulara dəvət göndəriləcək.

Yoldaşlıq görüşünün təşkilinə dair AFFA və FFK arasında müqavilə isə bu gün bağlanılacaq. Amma artıq tərəflər ilk anlaşma əldə ediblər.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 2-də Gürcüstanla yoldaşlıq görüşü keçirməli idi. Lakin sonradan qonşu ölkənin Futbol Federasiyasının xahişi ilə qarşılaşma başqa vaxta təxirə salınıb. Yanvarın 30-da isə isə rəqib Moldova olacaq. 

Son xəbərlər

Orphus sistemi