​Kosovo futbol millisi ilk rəsmi matçını Farer adalarına qarşı keçirəcək

​Kosovo futbol millisi ilk rəsmi matçını Farer adalarına qarşı keçirəcək Oyun iyunun 3-də Frankfurtda baş tutacaq
Futbol
4 May , 2016 06:57
​Kosovo futbol millisi ilk rəsmi matçını Farer adalarına qarşı keçirəcək

Bakı. 4 May. REPORT.AZ/ Kosovo milli komandası tarixində ilk rəsmi futbol oyununu iyunun 3-də Frankfurtda keçirəcək. Komandanın rəqibi Farer adaları yığması olacaq.

"Report" xəbər verir ki, bu barədə Farer adalarının Futbol Federasiyası məlumat yayıb.

Kosovo Futbol Federasiyası mayın 3-də UEFA konqresində lehinə 28, əleyhinə 24 səs olmaqla quruma üzv qəbul edilib.

Son xəbərlər

Orphus sistemi