Kosovo Futbol Federasiyasının prezidenti vəfat edib

Kosovo Futbol Federasiyasının prezidenti vəfat edib Bakı. 9 iyun. REPORT.AZ/ Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri vəfat edib.
Futbol
9 İyun , 2018 14:24
Kosovo Futbol Federasiyasının prezidenti vəfat edib

Bakı. 9 iyun. REPORT.AZ/ Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri vəfat edib.

“Report” qurumun saytına istinadən xəbər verir ki, 58 yaşlı funksioner bu gün ürək tutmasından dünyasını dəyişib. 

Səhər idmanı zamanı səhhətində problem yaranan F.Vokri Priştina şəhərindəki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kosovo yığması UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alıb. 

Son xəbərlər

Orphus sistemi