Kosova yığmasının baş məşqçisi Bakıdakı mətbuat konfransına qatılmayıb

Kosova yığmasının baş məşqçisi Bakıdakı mətbuat konfransına qatılmayıb Bakı. 14 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsinin oyununda Bakıda Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Kosova yığmasının baş məşqçisi Rafet Prekazi görüşdən sonra mətbuat konfransında iştirak etməyib.
Futbol
14 Noyabr , 2017 20:25
Kosova yığmasının baş məşqçisi Bakıdakı mətbuat konfransına qatılmayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsinin oyununda Bakıda Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Kosova yığmasının baş məşqçisi Rafet Prekazi görüşdən sonra mətbuat konfransında iştirak etməyib.

"Report"un məlumatına görə, buna Prekazinin türkcə bilməməsi səbəb olub. Onu türk dilini bilən köməkçisi Ərdoğan Çelina əvəz edib. Çelina matçı belə dəyərləndirib...

- Oyun çox yaxşı keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. Həm biz, həm də Azərbaycan yığması bundan əvvəlki matçda ağır məğlubiyyət aldı. Hər iki komanda bunu unutdurmaq istəyirdi. Oyun ərzində yaxşı qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Məncə, qeydə alınan nəticə hər iki tərəf üçün önəmlidir. Azərbaycan xalqına, AFFA rəhbərliyinə təşəkkür edirik, bizi çox yaxşı qarşıladılar. Biz də onları eyni cür qarşılayacağıq. Rəqibə qarşıdakı oyunlarda uğurlar diləyirəm.

- Oyun ərzində bir neçə dəfə hakimə etiraz etdiniz...

- Bu barədə danışmaq istəmirəm. Siz epizodları daha yaxşı gördünüz. Nəticəyə təsir edən qərar olmadı. Qırmızı vərəqələr də haqlı idi.

- Kosovo millisinin bu qrupdakı əsas məqsədi nədir?

- İlk dəfə belə bir mübarizəyə qatılırıq. Öyrəşirik. Qarşıda daha yaxşı olacaq. Hələ təcrübəmiz yoxdur. Çox istedadlı uşaqlarımız var. Qarşıdakı illərdə daha güclü oyun göstərəcəyik.

Son xəbərlər

Orphus sistemi