Bakı. 4 may. REPORT.AZ/ Futbol üzrə Kosovo milli komandası UEFA üzvü kimi tarixində ilk rəsmi matçını iyunun 3-də Almaniyanın Frankfurt şəhərində keçirəcək.
"Report"un məlumatına görə, həmin gün rəqib Farer adaları yığması olacaq.
Kosovonun Avropa futol qurumuna üzvlüyü mayın 3-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş UEFA Konqresində gerçəkləşib. Toplantıda AFFA rəhbərliyi də iştirak edib.