Yuxarı

Koronavirus futbolçuların transfer qiymətini azaltdı

Koronavirus futbolçuların transfer qiymətlərini azaltdı

Koronavirus pandemiyası futbolçuların transfer qiymətinə də mənfi təsir göstərib.

"Report"un məlumatına görə, bu barədə "transfermarkt.com" saytı xəbər yayıb.

Bildirilib ki, virusun yaratdığı maliyyə böhranı ümumi bazarda qiymətlərin 20 faiz aşağı düşməsinə səbəb olub.

1998-ci il və ondan sonra doğulmuş oyunçuların transfer qiymətindəki eniş isə 10 faiz təşkil edib.

Qeyd edək ki, "transfermarkt.com"a görə, hazırda dünyanın ən bahalı futbolçusu Fransanın PSJ klubunda çıxış edən Kilian Mbappedir. 22 yaşlı hücumçunun qiyməti 180 milyon avrodur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi