"Kopenhagen"in futbolçusu: "Qarabağ"ın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var"

"Kopenhagen"in futbolçusu: "Qarabağ"ın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var" "Qarabağ" yaxşı komandadır"
Futbol
4 Avqust , 2017 15:56
Kopenhagenin futbolçusu: Qarabağın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var

Bakı. 4 avqust. REPORT.AZ/ "Qarabağ" yaxşı komandadır. Əks halda bu mərhələyədək gəlib çıxa bilməzdilər. Amma istənilən halda hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq".

"Report"un məlumatına görə, bunu Danimarka "Kopenhagen"inin futbolçusu Peter Ankersen Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatmasının nəticəsini "Jydske Vestkysten" nəşrinə dəyərləndirərkən deyib. 

27 yaşlı müdafiəçi üç il öncə Avstriya "Zalsburq"unun heyətində çıxış etdiyi vaxt da "Qarabağ"la üz-üzə gəldiklərini xatırladıb: "Həmin vaxt Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsində qalib gəlmişdik. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, evdə 2:0 hesablı qələbə sayəsində "pley-off"a adlamışdıq. Lakin indi "Qarabağ"ın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var".

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi