Yuxarı

“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"

“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"
“Daha əvvəl etdiklərimizi “Qarabağ”la oyunda da təkrarlaya bilərik”

Bakı. 23 avqust. REPORT.AZ/ “Bu mövsüm daha əvvəl etdiklərimizi “Qarabağ”la oyunda da təkrarlaya bilərik. Evdə oynamağımız bizim üçün üstünlükdür”. 

“Report” xəbər verir ki, bunu Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Yussef Tutu “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab oyununu şərh edərkən deyib.

25 yaşlı Mərakeş əsilli danimarkalı yarımmüdafiəçi bildirib ki, Makedoniya "Vardar"ı ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü və "Sonderyuske" ilə Danimarka Super Liqasının VII tur qarşılaşmasından nəticə çıxarmaq lazımdır. Paytaxt təmsilçisi “Vardar”a Makedoniyada 1 cavabsız qolla uduza da, evdə 4:1 hesabı ilə qalib gəlib. Həmçinin, "Kopenhagen" “Sonderyuske” ilə görüşdə 1:2 hesabı ilə məğlub durumda olmasına rəğmən, 2 qol vuraraq, qələbə qazanıb. 

Y.Tutu "Qarabağ"la cavab görüşünə qələbə üçün çıxacaqlarını açıqlayıb: "Bütün gücümüzlə sürətli futbol oynamalıyıq? Bilmirəm. Bu, oyunun gedişatından asılıdır. Matça qələbə üçün çıxacağıq”.

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşü bu gün "Parken" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk matçda "Qarabağ" qalib gəlib - 1:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi