Yuxarı
    Bağlamaq

    “Kopenhagen”in futbolçusu: “Qarabağ” əks-hücumlara üstünlük verəcək"

    Bizi irəli aparacaq qolu vurmalıyıq

    Bakı. 22 avqust. REPORT.AZ/ “Qarabağ”ın əks-hücumlara üstünlük verəcəyini və qol vurmaq üçün imkan axtaracağını düşünürəm. Bacarsalar, biz üç qol vurmalı olacağıq”. 

    “Report”un məlumatına görə, bunu Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Nikolay Boylesen “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab oyununu şərh edərkən deyib.

    Paytaxt təmsilçisinin rəsmi saytına açıqlama verən 25 yaşlı müdafiəçi bildirib ki, “Kopenhagen” ön xətdə öz oyununu tapmalıdır: “Ölkə çempionatının son turunda “Sonderyuske” ilə görüşün ilk yarısında bunu bacardıq. Bu, hələlik mövsümdə ən yaxşı oyunumuzdur. Digər ev matçları ilə müqayisədə daha çox topla davrandıq, təzyiq etdik və qollar vurduq. Bunu “Qarabağ”la oyunda da etməliyik. Bizi irəli aparacaq qolu vurmalıyıq”.

    Boylesenin fikrincə, “Sonderyuske” ilə matçın sonlarında iki qol vuraraq, qələbə qazanmaları "Kopenhagen"ə çoxlu sayda azarkeş önündə “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşü üçün də impuls verir: "Azarkeş amili ilk matçda rəqibə kömək oldu".

    Qeyd edək ki, ötən şənbə Danimarka çempionatının VI turu çərçivəsində evdə “Sonderyuske”ni 3:2 hesabı ilə məğlub edən "Kopenhagen" növbəti görüşünü elə "Parken" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Avqustun 23-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Bu komandalar arasındakı ilk matçda "Qarabağ" qalib gəlib - 1:0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi