Konte "İnter"lə ilkin müqavilə imzalayıb

Konte "İnter"lə ilkin müqavilə imzalayıb Antonio Konte İnterin yeni baş məşqçisi olacaq.
Futbol
22 May , 2019 06:57
Konte İnterlə ilkin müqavilə imzalayıb
Antonio Konte

Antonio Konte "İnter"in yeni baş məşqçisi olacaq.

"Report" xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalİst Tankredi Palmeri məlumat yayıb.

Mənbənin məlumatına görə, 49 yaşlı mütəxəssis "neradzurri" ilə ilkin müqavilə imzalayıb. Sənədə əsasən Kontenin illik əmək haqqısı 10 milyon avro təşkil edəcək. Müddəti hələ məlum olmayan rəsmi müqavilə isə mayın 28-də imzalanacaq.

Kontenin son klubu "Çelsi" olub. Məşqçi "Stemford Bric"ə 2016-cı ilin yayında gəlib. Birinci il komanda ilə İngiltərə çempionu olub. Lakin növbəti il mütəxəssis işdən çıxarılıb.

"İnter" 66 xal il turnir cədvəlində dördüncü pilləni tutub. "Neradzurri" sonuncu turda "Napoli"yə 1:4 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi