Yuxarı

Konfederasiyalar Kuboku: Portuqaliya son dəqiqədə Meksika üzərində qələbəni əldən verib - VİDEO

Rusiya yığması qrupun vahid liderinə çevrilib
© Courtesy İmage

Bakı. 18 iyun. REPORT.AZ/ Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku çərçivəsində "A" qrupunda ilk turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Kazandakı eyniadlı arenada Portuqaliya ilə Meksika milliləri üz-üzə gəlib.

Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Son Avropa çempionları iki dəfə önə keçmələrinə baxmayaraq, hesabı qoruya bilməyiblər.

Beləliklə, ilk turun açılış matçında Yeni Zelandiyanı 2:0 hesabı ilə yenən Rusiya yığması "A" qrupunun vahid lideri olub. Portuqaliya və Meksika hərəyə 1 xalla 2 və 3-cü yerləri bölüşür. Xalsız qalan Yeni Zelandiya isə sonuncudur.

"B" qrupunda ilk oyun saat 22:00-da başlanacaq. Kamerun və Çili yığmaları arasında Moskvadakı "Spartak" stadionunda keçiriləcək görüşü sloveniyalı referi Damir Skomina idarə edəcək.

Konfederasiyalar Kuboku, I tur

A qrupu

18 iyun

19:00. Portuqaliya – Meksika - 2:2

Qollar: Rikardu Kuarejma, 34. Sedrik Suareş, 86 - Xavyer Ernandes, 42. Hektor Moreno, 90+1

Baş hakim: Nestor Pitana (Argentina)

"Kazan Arena"

B qrupu

18 iyun

22:00. Kamerun – Çili

Baş hakim: Damir Skomina (Sloveniya)

"Spartak" stadionu


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi