Yuxarı

​Konfederasiyalar Kubokunun təqdimatı olub

Kubokda Rusiya mədəniyyəti və folklorunun əlamətləri əksini tapıb

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada 2017-ci ildə keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun təqdimatı keçirilib. "Report"un məlumatına görə, tədbir turnirə 500 gün qalmış baş tutub.

Kubokda Rusiya mədəniyyəti və folklorunun əlamətləri əksini tapıb. Emblem Konfederasiyalar Kubokunun dizaynını xatırladır. Dizaynın mərkəzində sanki kuboku canlandıran mifik varlıq - səməndər quşu yer alıb.

Qeyd edək ki, Konfederasiyalar Kubokunun oyunları 2017-ci il iyunun 17-dən iyulun 2-dək Kazan, Moskva, Soçi və Sankt-Peterburqda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi