Azərbaycan Premyer Liqasında tunel düzülüşü qadağan edildi

Azərbaycan Premyer Liqasında tunel düzülüşü qadağan edildi Futbol üzrə Azərbaycan Premyer Liqasında və ölkə kubokunda oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi qadağan edilib.
Futbol
5 İyun , 2020 15:27
Azərbaycan Premyer Liqasında tunel düzülüşü qadağan edildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında və ölkə kubokunda oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi qadağan edilib. 

"Report"un məlumatına görə, bu barədə qərar Peşəkar Futbol Liqasının açıqladığı təlimatlarda əksini tapıb. Yoxlanış hər iki komandanın soyunub geyinmə otağının önündə gerçəkləşdiriləcək.

Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Geyim formasında hər hansı problem varsa belə, oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. 

İlk olaraq meydan sahibi komanda yoxlanılmalı və meydana daxil olmalıdır. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. 

Son xəbərlər

Orphus sistemi