"Mançester Siti"nin futbolçusu komanda yoldaşı ilə zarafat etdiyi üçün bir oyunluq cəzalanıb

"Mançester Siti"nin futbolçusu komanda yoldaşı ilə zarafat etdiyi üçün bir oyunluq cəzalanıb İngiltərə Futbol Assosiasiyası Mançester Sitinin futbolçusu Bernardo Silvanı bir oyunluq cəzalandırıb.
Futbol
13 Noyabr , 2019 19:31
Mançester Sitinin futbolçusu komanda yoldaşı ilə zarafat etdiyi üçün bir oyunluq cəzalanıb

İngiltərə Futbol Assosiasiyası "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı bir oyunluq cəzalandırıb.

 "Report" BBC-yə istinadən xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin komanda yoldaşı Benjamin Mendi ilə bağlı zarafat etməsi səbəb olub. Silva 50 min funt sterlinq məbləğində də cərimələnib. 

Portuqaliyalı oyunçu "Twitter"də Mendinin uşaqlıq şəklini İspaniyanın şokolad şirkətinin maskotu ilə birlikdə paylaşıb. Fransalı müdafiəçi zarafata zarafatla reaksiya versə də, "Twitter" istifadəçiləri Silvanı irqçilikdə ittiham edərək tənqid ediblər. 

Son xəbərlər

Orphus sistemi