Kolumbiyanın 22 yaşlı futbolçusu avtomobil qəzasında ölüb

Kolumbiyanın 22 yaşlı futbolçusu avtomobil qəzasında ölüb Eduard Qutyerresin rəfiqəsinin idarə etdiyi avtomobil ağaca çırpılıb
Futbol
8 May , 2017 12:10
Kolumbiyanın 22 yaşlı futbolçusu avtomobil qəzasında ölüb

Bakı. 8 may. REPORT.AZ/ Kolumbiyanın “Atletiko Uila” klubunun futbolçusu Eduard Qutyerres dünyasını dəyişib. “Report”un “El Heraldo” nəşrinə istinadən verdiyi məlumata görə, 22 yaşlı müdafiəçi avtomobil qəzasında həyatını itirib.

E.Qutyerres mayın 7-də Uila şəhərində qəzaya düşüb. Kolumbiyalı futbolçunun rəfiqəsinin idarə etdiyi avtomobil ağaca çırpılıb. Nəticədə o, hadisədən bir neçə saat sonra xəstəxanada keçinib.

Qeyd edək ki, 2015-ci ildən “Atletiko Uila” komandasının formasını geyinən Eduard Qutyerres ümumilkdə 19 oyunda iştirak edib.

Son xəbərlər

Orphus sistemi